`Reina` terrorçusunun adı açıqlandı - VİDEO


22:52     07 Yanvar 2017 reina%20terrorcunun%20adi%20(1).jpg

İstanbulun “Reina” gecə klubunda 39 nəfəri qətlə yetirən terrorçunun dəqiq kimliyi açıqlanıb.


Femida.az "Milliyət"ə istinadən xəbər verir ki, İstanbul polisinin yaydığı məlumata görə, teraktı Özbəkistan əsilli Abdulqadir Maşaripov törədib.

Onun kimliyi məlum olsa da, hələ də ələ keçirilməyib. Terrorçunun axtarışları davam etdirilir.

Qeyd edək ki, Yeni il gecəsi “Reina” gecə klubuna hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.



Femida.az

Açar sözlər:

Oxunub: 1133